PARADOKS

AKTUAL

Halı pisləşən Hüseyn Əzizoğlu ittihamlara cavab verdi - VİDEO

12-01-2017, 16:40
  •     
  • Müxtəlif |
  •  Oxunma: 231


Halı pisləşən Hüseyn Əzizoğlu
XeberBiz.az xəbər verir ki, tanınmış videoblogger Hüseyn Əzizoğlu dünən gecədən ona qarşı sosial şəbəkələrdə yazılan ittihamlara musavat.com vasitəsi ilə cavab verib.

Məsələ burasındadır ki, Hüseyn Əzizoğlunu sosial şəbəkələrdə ağır tənqid və təhqir ediblər. Buna səbəb isə, onun Yeni il gecəsi şəxsi "instagram" hesabında üzərində "Mənim prezidentim" yazılmış fotonu paylaşması olub.

Bəzi sosial şəbəkə istifadəçiləri Hüseyn Əzizoğlunu sərt tənqidlərə məruz qoyublar. O isə ittihamlara və tənqidlərə cavab verib: "Dünəndən mənə qarşı qara piar gedir. 2012-2013-cü illərdə yazdığım statusları indi mənə qarşı istifadə edirlər. Həmin zamanlarda tənqidi statuslar yazmışam və bunları danmıram. 17 yaşım var idi. Mənim anlaya bilməyəcəyim siyasətə qatılmaq istəyirdim. İndi 21 yaşım var və bilirəm ki, siyasət və digər şeylər mənə aid deyil. Siyasətlə qoy siyasətçilər məşğul olsunlar.

Mən vətəndaşı olduğum ölkənin prezidentinə hörmət edirəm. Burada pis nə var? Mən ölkəmizin bütün tarixi şəxsiyyətlərinə, keçmiş və indiki rəhbərlərinə sayğı duyuram. Burada pis nə var? Rəsulzadəyə də, Əbülfəz Elçibəyə də, Heydər Əliyevə də, hazırkı prezidentimiz İlham Əliyevə də hörmət edirəm. Onların fotolarını paylaşıram.

Mən nə siyasətçiyəm, nə də siyasi kimliyi olan bir şəxs... Məndən siyasi sözlər, istiqamət, mövqe gözləmək olmaz. Gəncəm, 21 yaşım var və işimi görürəm. Məni yaltaqlıq edib, pul qazanmaqda ittiham edənlər də var. Mən Yasamalda, bir otaqlı evdə anamla yaşayıram. Yaltaqlıqla pul qazansam, villada yaşayardım. Mən həmin Hüseynəm".

H.Əzizoğlunun tənqid edildiyini görən bəzi şəxslər bunu fürsət bilib, ona şər atıb, təhqir də ediblər. 21 yaşlı bloggerin bu səbəbdən gecə halı pisləşib və xəstəxanaya aparılıb. Hazırda durumu yaxşıdır.

Sosial şəbəkələrdə olan bəzi səhifələrdə ona şər atmaqdan da çəkinməyiblər. Bu haqda Hüseyn Əzizoğlu musavat.com-a danışıb: "Məni ittiham edirlər ki, guya Erkin Ergin, Mürsəl İsayev və Mehman Hüseynovu tutdurmuşam. Əslində ittiham gülməlidir, amma mənə pis təsir etdi. Mən bu günə kimi kiminsə pisliyini istəməmişəm, heç kimi də tutdurmamışam. Bu kişiliyə yaraşmaz. Sadəcə məni sevən olduğu kimi, sevməyən də var. Bu da sevməyənlərin əlinə düşən fürsətdir. Nə gəldi, uydururlar. Az qalıb, deyəcəklər ki, mən xüsusi agentəm. Bəlkə də başqa planetdən gəlmişəm".

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI