Azərbaycanda bu xəstəlik geniş yayılıb (VİDEO)

14-11-2017, 07:26
  •     
  • Müxtəlif
    |
  •  Oxunma: 8472


Azərbaycanda sətəlcəm xəstəliyi geniş yayılıb.

Bakı ilə müqayisədə bu xəstəliklə bağlı daha çox bölgələrdən müraciətlər qeydə alınır.

Xezerxeber.az-ın məlumatına görə, bir çox hallarda vətəndaşlar qrip virusuna yoluxduqdan sonra həkimə getmədən müxtəlif vasitələrlə qarşısını almağa çalışırlar.

Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Natəvan Fərəcovanın sözlərinə deyir ki, kəskin respirator virus infeksiyalarının vaxtında və düzgün müalicə edilməməsi nəticəsində Azərbaycanda sətəlcəm xəstəliyi çox geniş yayılıb.

Onun sözlərinə görə, Azərbaycanda qadınlar arasında pnevmoniyanın yayılması narahatedici səviyyədə deyil. Bununla yanaşı, o qeyd edib ki, Azərbaycanda hər 100 min uşaqdan 6-da bronxit və ocaqlı pnevmoniyaya rast gəlinir. Regionlarla müqayisədə isə Bakıda bu xəstəliyin yayılması geniş vüsət alıb.

Kəskin pnevmoniya ilə xəstələnmə dünya üzrə əhalinin hər min nəfərinin 10-13-də, 50 yaşdan yuxarı hər 1000 nəfərinin 17-də müşahidə olunur: "Xəstəlik Xüsusilə də uşaqlarda, və ahıl insanlarda daha ağır formada keçir. Xəstələnmə və ölüm göstəricisi qadınlara nisbətən kişilərdə daha çox müşahidə olunur. Bu da kişilərdə zərərli vərdişlərin üstünlük təşkil etməsi ilə əlaqədardır".

O, qrip virusuna yoluxan insanları həkimə müracət etməsini tövsiyyə edir.

Qeyd edək ki, ölüm səbəbləri arasında kəskin pnevmoniya, ürək-damar, onkoloji xəstəliklərdə, ümumi zədələrdən sonra 4-cü yerdə dayanır.

XeberBiz.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI