PARADOKS

AKTUAL

Eks-rəis quraşdırılmayan kondisionerlərə görə - 800 min “yeyib”

6-01-2017, 14:20
  •     
  • Paradoks |
  •  Oxunma: 332


Eks-rəis quraşdırılmayan kondisionerlərə görə -
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digər yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə vəkillərin bir neçəsi iclasa gecikdiyi üçün onlara xəbərdarlıq edilib.

V.Zeynalova məxsus “P.L.Z” MMC-nin direktoru olmuş İlqar Həsənov ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyərək məhkəmədə danışmaqdan imtina edib. O, bunu yaddaşının zəif olması ilə əlaqələndirib.

“Azərpoçt”un şöbə rəisinin keçmiş müavini Bəhrəm Səfərov ifadə verərək təqsirləndirilən şəxslərdən Qəmbər Bəybalayevi tanıdığını, 2015-ci ildə öz ərizəsi ilə işdən çıxdığını deyib. B.Səfərov da istintaqa ifadəsini təsdiqləyib.

Rabitə Nazirliyinin əməkdaşlıq etdiyi tikinti şirkətlərində çalışan Rəşadət Gərayzadə bildirib ki, bütün işlərdə materialların qiymətlərini şişirdiblər: “Daha çox “Azərpoçt”un sifarişlərini həyata keçirirdik. Bizə ödənilən pulun 35 faizini geri qaytarırdıq. Amma burdakı tutulanlara birbaşa yox, müavinlərinə verirdik”.

Təqsirləndirilən Namazalı Məmmədovun bibisi oğlu Həsən Alıyev deyib ki, rabitə sahəsində görülən işlərlə bağlı N.Məmmədova məxsus şirkətlərdə işləyib.

Tərtər Poçt filialının rəisi Emin Qurbanov və Biləsuvar Poçt filialının direktoru Ramil Ağayev istintaqa ifadələrini təsdiqlədiklərini deyiblər.

Alzamanov Azər həbs edilənlərdən "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədovun yanında mühəndis olaraq çalışdığını deyib.

Azər Alzamanov təqsirləndirilən N.Məmmədovun şirkətində işlədiyini və 600 min manatdan çox dəyəri olan müqaviləyə müdirinin təzyiqi ilə imza atdığını təsdiqləyib.

“AzEurotel” MMC-nin direktoru olan Cabit Rəsulovun istintaqa verdiyi ifadə ilə məhkəmədə dedikləri arasında ziddiyyət olduğu üçün ilkin ifadəsi elan olunub.

O, müstəntiqə deyib ki, direktoru olduğu şirkətin səhmləri əvvəlcə “Lukoil Europe” və nazirlik arasında tən yarı bölünsə də, sonradan şirkət öhdəlikləri yerinə yetirə bilməyib və bütün payı nazirliyə bağışlayıb.

C.Rəsulov bildirib ki, BTRİB-in keçmiş rəisi Beytulla Hüseynov “AzEvrotel” MMC-nin binasında kondisionerlərin quraşdırılması adı ilə 800 min manat mənimsəyib. Quraşdırılmayan kondisionerlərə görə ayrılan pullar əvvəlcə Vidadi Zeynalovun şirkətinə köçürülüb, oradan nağdlaşdırılaraq mənimsənilib.

C.Rəsulov istintaqa ifadəsini təkzib edib.

V.Zeynalov isə bütün işlərin görüldüyünü deyib.

Məhkəmə prosesi yanvarın 11-də davam etdiriləcək.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI