Eldar Mahmudovun adamlarını kim qoruyur?

14-11-2017, 10:50
  •     
  • Paradoks
    |
  •  Oxunma: 5398


Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyini (MTN) mütəşəkkil cinayət yuvasına çevirən Eldar Mahmudovun ölkənin digər dövlət qurumlarında da öz bildiyini etməsi heç kəsə sirr deyil. Elə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin MTN-lə birgə cinayət əməllərinin ortaya çıxması buna ən böyük sübutdur.

Eldar Mahmudovun Azərbaycanın məhkəmə sisteminə də nüfuz etməsi göz önündə olub. Xüsusilə, bu adamın Bakı Ağır Cinayətlər Məhkəməsində yerləşdirdiyi hakimlər onun saxta, qurama ittihamlarla şərlədiyi vətəndaşları uzun müddətli həbslərə məhkum ediblər. Başlarının üstündə ancaq Eldar Mahmudovu görən bu hakimlər üçün qanunlar adi kağız parçası olub.
Gununsesi.az xatırladır ki, belə şəxslərdən biri də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovdur. Bu şəxsin adı hələ Azərbaycan cəmiyyətinə onun uzun illər MTN-də müstəntiq kimi çalışmasından tanışdır.
Talış xalqının məşhur nümayəndəsi alim Novruzəli Məmmədov həbs olunan zaman onun işini müstəntiq kimi məhz Novruz Kərimov aparıb. Mərhumun MTN-də işgəncələrə məruz qalmasında bu adamın xüsusi rolu barədə hətta beynəlxalq hesabatlarda yazılıb. Sonradan Mahmudova göstərdiyi xidmətlərə görə mükafatlandırılan Novruz Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim göndərilir. Son bir neçə ildə MTN-nin şərlədiyi əksər vətəndaşların cinayət işini məhz baxmaq üçün ona veriblər.
Heç kəsə acımadan hakimlik peşəsinə xəyanət edən Novruz Kərimov sifarişli hökmləri ilə onlarla vətəndaşın həyatını məhv edib.
Onun səs-küylü proseslərindən biri jurnalist və insan hüquqları fəalı Pərviz Həşimli barəsində olub. Belə ki, MTN-nin saxta ittihamları ilə həbs edilən Pərviz Həşimliyə qarşı irəli sürülən ittihamlarda guya İrandan şəxsiyyətləri istintaqa bəlli olmayan Rza və Hüseyn adlı şəxslərdən silah gətizdirib.

Ancaq məhkəmənin gedişində həmin iranlıların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün müdafiə tərəfinin verdiyi vəsatət təmin edilməyib. İttiham aktında həmin Rza və Hüseynin Azərbaycan sərhədinin yoxlama-buraxılış məntəqəsindən ölkəyə silah keçirdiyi yazılır. Ancaq məhkəmə həmin günü sərhədi keçənlərin foto-və video görüntülərinin habelə, anket məlumatlarının Sərhəd Xİdmətindən alınmasına dair vəkillərin vəsatətlərini rədd edir. Halbu ki, “şəxsiyyəti istintaqa bəlli olmayan” bu adamları müəyyən etmək asan olardı. Ancaq Novruz Kərimov bu vəsaəti qəbul etməklə öndəri hesab etdiyi Eldar Mahmudovu çıxılmaz duruma salmış olardı.
Məhz buna görə də Novruz Kərimov hətta ittihamlara belə adekvat olmayan ən ağır cəzanı Pərviz Həşimliyə kəsdi.
Yeri gəlmişkən, MTN-nin saxta ittihamları ilə məhkum olunmuş Mətləb Mustafayev adlı vətəndaş da bəraət aldı. Həmin şəxsin cinayət işində onun da İran vətəndaşları olan amma “şəxsiyyətləri istintaqa bəlli olmayan” Rza və Hüseyndən silah alması barədə uydurma məqamlar var.
Bu işdə isə maraqlı məqam ondan ibarətdir ki, həbsdə olan general Elçin Quliyev ifadəsində Rza və Hüseynin barəsində ona əməliyyat məlumatını naziri Eldar Mahmudovun verməsindən danışır.
İndi maraqlıdır ki, MTN-nin cinayətlərinin üstünün açılmasından sonra bu şəbəkəyə xidmət edən hər kəs cəzalandırılsa da nədənsə Novruz Kərimov bu prosesdən kənarda qalıb.
Növbəti araşdırmamızda Novruz Kərimovu qoruyan “əllərdən” yazacağıq.(Gununsesi.az)

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI