PARADOKS

AKTUAL

Gədəbəyin icra başçısının qanunsuzluğuna dair ABŞ-dan məktub gəldi

30-12-2017, 11:04
  •     
  • Paradoks |
  •  Oxunma: 10038


Ramiz Yediyarov bütün sənədləri qaydasında olan vətəndaşa tikinti aparmağa imkan vermir, rayon sakini ölkə rəhbərliyindən kömək istəyir

Hazırda ABŞ-da yaşayan Gədəbəy sakini Rəşad Cəfərli sabiq vergilər naziri Fazil Məmmədovun kadrı olan Ramiz Yediyarovun əməlləri haqda redaksiyamıza məktub ünvanlayıb.


R.Cəfərli Gədəbəyin icra başçısı Ramiz Yediyarovun icra hakimiyyətini “vergi üsulu” ilə idarə etdiyini vurğulayır.

Məktubdan sitat: “O, ilk dəfə icra başcısı olduğuna, təcrübəsizliyinə görə vaxtilə icra hakimiyyətinin aqrar məsələlər üzrə muavini, keçmiş hərbiçi, idarə etmə kefiyyəti və səriştəsi olmayan Rüstəm Nağiyev tərəfindən yönəldildiyi bildirilir. Rüstəm Nağıyev onun adından iş adamlarından və sakinlərdən (vasitəçi rolunda) rüşvət və əlavə ödənişlər alıb. Bu şəxsin illərdir vergi orqanında işləməsi belə onun idarə etmə keyfiyyətinin inkişaf etdirməsinə zərrə qədər müsbət təsir etməyib”.

Cəfərli yazır ki, Gədəbəy rayon İcra Hakimiyyətindən verilən sərəncamı qurumun səlahiyətliləri pozurlar: “Belə ki, qanuni əsaslarla ev tikilməsinə dair Gədəbəy İcra Hakimiyyətinin özü tərəfindən bacım, 3 uşaq anası Cəfərova Sevinc Ədalət qızının adına 2015-ci ildə verilmiş sərəncama elə özləri tərəfindən hörmətsizlik edilmiş, qanunlara, dövlət aktlarına qarşı olaraq inşaat işinin aparılmasına imkan verməmişlər. R.Yediyarovun muavinləri, memarı, icra nümayəndələri, xüsusi mülkiyyətə təzyiq etmə yolu ilə Arıxdam bələdiyyə sədri vasitəsilə təxribat törədir, quldurluq edirlər. Təsəvvür edin ki, qanuni inşaat işinin aparılmasına dair bütün dövlət orqanlarından alınan lazımı rəylər əsasında İcra hakimiyyətinə müraciət edilir və həmin qurum layihənin təsdiqləyir, buna dair sərəncam verir, daha sonra isə, gəlir özünün vermiş olduğu sərəncamın icra edilməsinə quldurcasına maneə olur. Keçmiş vergi işçisi Ramiz Yediyarov savadsızca deyir ki, ”...get evini 20 metr aralıda tik". Burdan belə anlaşılır ki, ya bu başçı tamamilə savadsızdır, ya da vətəndaşları qanunsuzluğa, gözükölgəli olmağa yönləndirir və bilə-bilə...

Buna dair özü sərəncam verə bilmədiyi halda insanları aldadır ki, hələlik mən bu işə göz yumuram, gedin qanunsuz tikin. Sonra istədiyi vaxt gəlib həmin “qanunsuz tikilini” başımıza uçurmağa zəmin yaradır. Yuxarıda adlarını qeyd etdiyim vəzifəli şəxslərin mülkiyyət hüququna müdaxiləsinə dair məhkəmə orqanına müraciət edilib və onların haqsız olduqları isbat edilib".

Şikayətçi daha sonra yazır: “Rayon ərazisində mühafizə zolağına düşən xeyli sayda tikililər var. Hətta bəziləri hazırda tikilməkdədir.

Qanunu əsaslarla tikintiyə başlamaq istəyərkən illərdir icra hakimiyyətini öz mülkü kimi istifadə edən icra başçısının adını yuxarıda qeyd etdiyim müavinləri və memarı Hümbətov Babək, yerli icra nümayəndəsi Məmmədəliyev Seymur, bələdiyyə işçiləri Süleymanov Fəxrəddin və Ələsgərov Ramil tikinti aparılan yerə gəliblər. Onlar heç bir rəsmi sənəd təqdim etmədən, rəsmi əsas olmadan, öz vəzifələrindən sui-istifadə edərək qanunsuz və əsassız olaraq sanki xuliqan kimi tikinti işini dayandırmağa dair özbaşına göstəriş veriblər. İş aparan ustalara maneə olmaqla ölkə qanunlarını pozub, vətəndaşın mülkiyyət hüquqlarını tapdalayıb öz vəzifə və səlahiyyətlərini aşıblar. Bu şəxslər birbaşa məmur özbaşnalığı edirlər.

Dəfələrlə bu adamların qanunsuzluqlarından şikayət edilib, amma yenə də vətəndaşları incitməyə, onlarla qərəzlilik etməyə davam edirlər. Bu vəziyyət bəlkə analoqu olmayan bir özbaşınalıq, qanunu heçə sayma və həyasızlıqdır. Məhkəmələrdə icra hakimiyyəti adından çıxış edən qurumun şöbə müdiri, hüquqşünas İsgəndərov Zülfüqar apelyasiya məhkəməsinə heç bir sübut təqdim etmədilər. Əvəzində məhkəmədə haqlı vətəndaşa təzyiq göstərirlər.

İcra hakimiyyəti tərəfindən inşaat işinin aparılmasına dair qanuni sərəncamı, layihəsi, mülkiyyət hüququnu təsdiq edən sənədi, hətta 18 avqust 2017-ci il tarixli məhkəmə qətnaməsi olan evsiz, üç uşaq anası olan tək bir qadına qarşı qərəzliliklə, bürokratik əngəl törətmək üçün apelyasiya məhkəməsinə müraciət ediblər, bu instansiya məhkəməsində də uduzublar. Daha sonra vaxt udmaq üçün Ali Məhkəməyə müraciət ediblər ki, öz qanunsuzluqlarını, özbaşnalıqlarını unutdurmaq naminə vaxt udsunlar. Çox utancverici bir haldır. Bu məsələni ictimailəşdirməklə diqqəti Ramiz Yediyarovun qanunsuz, özbaşına əməllərinə çəkmək istəyirəm. Güman edirəm ki, Ramiz Yediyarovun əməlləri barədə onun himayədarı Fazil Məmmədov vəzifədə olanda onun köməyi ilə ölkə rəhbərliyindən gizlədilib. Ona görə də dəfələrlə iş adamlarına, yerli sakinlərə məhkəmələri uduzaraq dövlətə zərər verən, sakinləri narazı edən məmurlar öz vəzifələrini layiqincə icra etmək əvəzinə, insanlara qan uddururlar. Bu məmurlar barədə zamanında təbdirlər görülməsini xahiş edirik"./musavat.com

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI