PARADOKS

AKTUAL

Çirkli biznes oyunları - Əbülfəz Məlikov Akif Çovdarovdan da betər olub...

7-08-2018, 21:42
  •     
  • Paradoks |
  •  Oxunma: 10033


İş hüquqi müstəviyə keçərsə, Akif Çovdarovun “işi” Əbülfəz Məlikovun əməlləri yanında yalan olar

Bu barədə dia.az saytı məlumat yayıb. Belə ki, dia.az-a verilən xəbərə görə, gömrüyün sabiq “broker kralı” Əbülfəz Məlikovla bağlı redaksiyamıza yeni faktlar daxil olub. Sayt yazır ki, zamanında gömrük sistemindən milyonlar əldə etmiş və hazırda “Gilan” Holdinqdə fəaliyyətini davam etdirən, lakin günü bu gün də böyük biznes şəbəkəsinə malik olan Əbülfəz Məlikov özünün biznes rəqiblərini sıradan çıxarmaqda pərgar olub.

Mənbənin dediklərinə görə, “Əbülfəz Məlikov iri gömrük məmurlarından bəzilərinə belə meydan oxuyacaq qədər qüdrətli olub. Onunla gömrükdə hesablaşmayan yox idi. Hətta vaxt olub ki, gömrüklə sıx təması olan sahibkarlardan bəziləri Əbülfəz Məlikovun qoçuları tərəfindən döyülüb də”.

Mənbə bildirir ki, həmin sahibkarlar danışa bilmirlər: “Çünki bizneslərini davam etdirirlər. Amma iş hüquqi müstəviyə keçərsə, Akif Çovdarovun işi yalan olar. Əbülfəz Məlikov ondan da betər formada sahibkaralara divan tutub”.

Qeyd edək ki, mənbə konkret adların yer aldığı məlumatları da təqdim edib. Həmin faktların əhatə olunduğu geniş materialımızı yaxın vaxtlarda təqdim edəcəyik. Bizi izləyin...

Qarşı tərəfi də dinləməyə hazırıq...

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI