PARADOKS

AKTUAL

“Dövlət evləri sökülənlərə kompensasiya verməyəcək” - “Naxolstroy”ların söküntüsü ilə bağlı QAYDALAR

11-01-2017, 15:00
  •     
  • Ölkə |
  •  Oxunma: 132

yüklənir...

“Dövlət evləri sökülənlərə kompensasiya verməyəcək” -
"Bakıda köhnə binaların sökülərək yerində yeni binaların tikilməsi prosesi artıq başlayıb”.

XeberBiz.az bildirir ki, bunu BakıPost.az-a iqtisadçı ekspert Vüqar Bayramov prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı Bakının daxmalardan, "naxolstroy” adlandırılan qanunsuz binalardan təmizlənəcəyi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

Vüqar Bayramovun sözlərinə görə, yeni sistemlə əhaliyə söküləcək binanın yerində tikiləcək binadan mənzil veriləcək: "Bu ildən prosesə start verilib. Nəzərə alsaq ki, Bakının bir sıra mərkəzi rayonlarında, xüsusən də "Sovetski”yə yaxın ərazilərdə sökülən binaların yeni tikilərlə əvəz olunması prosesi artıq başlayıb. Uzun müddət idi ki, bununla bağlı müzakirələr gedirdi. Amma bu proses zamanı yanaşma tamam fərqli olacaq. Əgər əvvəllər "Sovetski”də dövlət ərazi torpaqlarını və ya binalarını alırdısa, həmin binaların müqabilində vətəndaşa kompensasiya ödəyirdi. Artıq yeni yanaşmada binaların alınması fonunda kompensasiyanın ödənilməsi yoxdur. Yeni yanaşma həmin ərazidə yeni tikililərin inşa edilməsi və yeni binalarda o ərazidə yaşayan vətəndaşlara mənzillərin təklif edilməsi formasında olacaq”.
“Dövlət evləri sökülənlərə kompensasiya verməyəcək” -


İqtisadçı qeyd edib ki, dövlət prosesə özəl sektoru cəlb edəcək: "Bu büdcə vəsaitlərinə qənaət edilməsi deməkdir. Yeni yanaşma imkan verəcək ki, inşaat sektorunu stimullaşdırmaq mümkün olsun. Burda əhəmiyyətli məqam ondan ibarətdir ki, əvvəl kompensasiya məbləği ilə bağlı vətəndaşla dövlət qurumu arasında narazılıq və ya anlaşılmazlıq olurdu. Eləcə də kompensasiya məbləği ilə vətəndaş həmin ərazidə mənzil tapa bilmirdi. Çünki mənzillərin sahələri kiçik idi. İndi isə bu narazılıq olmayacaq. Yeni tikili inşa edildiyi müddətdə həmin binada yaşayanlara şirkət tərəfindən aylıq olaraq kirayə pulu ödəniləcək. Bina inşa edildikdən sonra isə həmin tikilidə təmirli mənzillər köhnə binada yaşayan ailələrin otaqlarının sayına uyğun olaraq verilir. Məsələn, ailənin köhnə binada 3 otaqlı mənzili varsa, yeni tikilidə ona eyni otaqlı mənzil təklif olunur. Bu o baxımdan vacibdir ki, vətəndaş yaşadığı ərazidən uzaqlaşmır, daha böyük sahəli mənzillə təmin olunur”.

Vüqar Bayramov vurğulayıb ki, 2017-2020-ci illərdə şəhərin müxtəlif yerlərində bu prosesdən istifadə olunacaq: "Növbəti illərdə bu proses davam edəcək. Çünki artıq şəhərin mərkəzi deyil, yaxın rayonlarda da bu proses aparılacaq. 2017-ci ildə köhnə binanın yeni tikili ilə əvəz olunması mexanizmi davam etdiriləcək”.

XeberBiz.az



Loading...

yüklənir...

Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI