Güclü sel körpünü uçurdu: 3 kəndlə əlaqə kəsildi - VİDEO

11-10-2017, 13:12
  •     
  • Ölkə
    |
  •  Oxunma: 7300


Astaranın Ovla kəndidəki avtomobil körpüsünün bir hissəsini sel suları yuyub aparıb. Nəticədə 600 nəfərdən artıq insanın istifadə etdiyi yol bağlanıb.

İcra hakimiyətindən bildirilib ki, körpünü bərpa etmək üçün rayonda lazımi texnika olmadığından işlər bir qədər gecikir

XeberBiz.az xezerxeber.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl cənub Bolgəsinə yağan yağışlar səbəbindən yaranan sel Astara rayonunun bir neçə kəndinin yolunu tamamailə bağlayıb.

Sel suları Ovla kəndinin üzərindəki olan avtomabil körpüsünün torpaq qatını və dəmir konstruksiya ilə tikilmiş bir hissəsini yuyub aparıb.

Artıq bir neçə gündür ki, rayonun Ovala, Ağ körpü, Xıçasu kəndlərinin arasında əlaqə kəsilib.

Astara Rayon İcra Hakimiyyətindən bildridi ki, uçmuş körpüyə baxış keçirilib.Bununla bağlı akt tərtib olunaraq "Azəravtoyol" ASC və digər rəsmi qurumlara göndərilib. Rayonda körpünü bərpa etmək üçün lazımi texnika olmadığından işlər bir qədər gecikir.Lakin qısa müddətdə körpünün tikintisinə başlanılacaq.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI