Baş Prokurorluq hökmdən narazı qaldı - Yenidən məhkəmə olacaq

11-11-2017, 12:29
  •     
  • Ölkə
    |
  •  Oxunma: 10339


Baş Prokurorluq meşədə adam öldürməkdə təqsirləndirilən Elnur Məmmədov və Elçin Həsənovun hökmündən narazı qalıb və etiraz edib.

"XeberBiz" "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, ötən il dekabrın 23-də Bülbülə qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında yerləşən meşəlik deyilən ərazidən naməlum meyit tapılmışdı. Araşdırmalar nəticəsində meyitin Tovuz rayonunda anadan olan və Ramana qəsəbəsində kirayə evdə yaşayan 1988-ci il təvəllüdlü Elşad Əmirov olduğu müəyyən edilib.

E.Məmmədov məhkəmədə qətli tək törətdiyini deyib: "Bu işdə Elçinin heç bir günahı yoxdur. O bizi aralaşdırmağa çalışırdı. Mən 4 bıçaq vurdum, biri də elə Elçinin əlinə dəydi. Mənə 20 il də verilsə razıyam, amma Elçin günahsızdır".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Elçin Həsənovun ittiham olunduğu qəsdən adam öldürmə maddəsi isə xuliqanlıq maddəsinə tövsif edilib. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Prokurorluq E.Həsənova yüngül cəza verilməsinə etiraz edib və apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun icraatında olan prosesdə ilkin baxış iclası keçirilib. İclada anket məlumatları və dəlillər araşdırılıb.

Proses noyabrın 16-da davam etdiriləcək.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI