Azər Xəlilovun qardaşı da televiziya rəhbəri oldu

15-11-2017, 07:33
  •     
  • Ölkə
    |
  •  Oxunma: 7259


CBC telekanalına yeni baş direktor təyin edilib.

“XeberBiz” APA-ya istinadən xəbərinə görə, bu vəzifəyə Vüqar Xəlilov təyin olunub.

ATV telekanalının prezidenti, CBC TV-nin keçmiş baş direktoru Azər Xəlilov faktı təsdiqləyib.

Onun sözlərinə görə, bu gün CBC telekanalının təsisçisi, “SOCAR Media” İctimai Birliyinin sədri Xalik Məmmədov V. Xəlilovu kollektivə təqdim edib.

Qeyd edək ki, təcrübəli jurnalist Vüqar Xəlilov Azər Xəlilovun qardaşıdır.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI