PARADOKS

AKTUAL

Bakı metrosunda fləşmob - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı/ VİDEO

16-04-2018, 12:57
  •     
  • Ölkə |
  •  Oxunma: 10016


Bakı metropolitenində növbəti sosialyönümlü aksiya keçirilib.

Aksiya Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Belə ki, qırmızı xətdə hərəkət edən sərnişin qatarında fləşmob olub. Fləşmobda Heydər Əliyevin dilindən Səməd Vurğunun məşhur "Azərbaycan" şeirinin bir bəndi səsləndirilib. Daha sonra fləşmob iştirakçıları həmin şeirdən bir neçə bənd ifa ediblər.

Fləşmob H. Əliyevin "...Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamının qatarda səsləndirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı sərəncama əsasən, Cümhuriyyətin yubileyi geniş qeyd edilir. Həmçinin dövlət başçısının bu il yanvarın 10-da imzaladığı digər sərəncamla 2018-ci il Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bununla əlaqədar ölkə daxilində, eləcə də bütün dünyada müxtəlif mövzularda tədbirlər keçirilir./bakipost

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI