PARADOKS

AKTUAL

Bu gün jurnalist Rasim Əliyevin anım günüdür (FOTOLAR)

9-08-2018, 12:44
  •     
  • Ölkə |
  •  Oxunma: 10015


Bu gün jurnalist Rasim Əliyevin "Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun fanatları tərəfindən öldürülməsinin 3-cü ildönümüdür.

"XeberBiz" Qaynarinfo-a istinadən verdiyi xəbərə görə, Rasim Əliyev 2015-ci il avqustun 8-də döyülüb və ertəsi gün xəstəxanada vəfat edib. Onun ölüm işi üzrə 6 nəfər, o cümlədən futbolçu Cavid Hüseynovun adı keçib. C.Hüeynovun işi ayrıca icraata götürülərək Səbayel Rayon Məhkəməsində baxılıb. Mayın 31-də Səbayel Rayon Məhkəməsi C.Hüseynovu CM-in 307.1. (hazırlanmaqda olan cinayət barədə məlumat verməmək) və 307.2. (cinayətin gizlədilməsi) maddələri ilə ittiham edərək 4 il azadlıqdan məhrum edib.

Amma 1 il 2 aydan sonra Bakı Apelyasiya Məhkəməsi Cavid Hüseynovu vaxtından əvvəl azadlığa buraxıb.

Digər beş nəfər R.Əliyevin döyülməsində günahkar bilinərək uzunmüddətli həbs cəzası alıb. Jurnalistin döyülərək ölməsinə onun C.Hüseynov haqqında tənqidi status yazması səbəb olub.

XeberBiz.az

Bu gün jurnalist Rasim Əliyevin anım günüdür
Bu gün jurnalist Rasim Əliyevin anım günüdür
Bu gün jurnalist Rasim Əliyevin anım günüdür
Bu gün jurnalist Rasim Əliyevin anım günüdür
Bu gün jurnalist Rasim Əliyevin anım günüdürBu gün jurnalist Rasim Əliyevin anım günüdür
Bu gün jurnalist Rasim Əliyevin anım günüdürBu gün jurnalist Rasim Əliyevin anım günüdür
Bu gün jurnalist Rasim Əliyevin anım günüdürBu gün jurnalist Rasim Əliyevin anım günüdür





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI