PARADOKS

AKTUAL

Eldar Əzizov Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin etdi

10-10-2018, 17:00
  •     
  • Ölkə |
  •  Oxunma: 10018


Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin olunub.

"XeberBiz" qafqazinfo-ya istinadən məlumata görə, Bakı şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov bu barədə əmr imzalayıb.

Həmin vəzifəyə Bakı ŞİH-in Şəhər təsərrüfatı departamentinin, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov təyin olunub.

X. Ələkbərovun postuna isə Ayaz Hüseynov gətirilib. A. Hüseynov bu vaxta qədər SOCAR-da çalışıb.

Bu gündən o vəzifəsinin icrasına başlayıb.

Əldə etdiyimiz xəbərdə o da bildirilir ki, E. Əzizov şəhər rəhbərliyində strateji vəzifələrə daha çox gənc mütəxəssisləri cəlb etmək niyyətindədir.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI