PARADOKS

AKTUAL

Moskvada Tramp haqqında elə kompromatlar var ki...

11-01-2017, 16:31
  •     
  • Maraqlı |
  •  Oxunma: 178

yüklənir...

 Moskvada

Donald Trampa Rusiyanın ABŞ-dakı seçkiyə müdaxiləsi ilə bağlı təqdim edilən sənədlərdə yeni dövlət başçısına qarşı Moskvanın hansı kompromatlardan istifadə edəcəyi də yer alıb.

Bu barədə informasiyanı CNN televiziyası özünün etibarlı mənbələrinə istinadən yayıb. Sənədə əsasən, rus agentlər Tramp haqqında şəxsi və maliyyə informasiyalarına malikdirlər. Bu məlumatların bir hissəsi Britaniya kəşfiyyatının ehtiyatda olan əməkdaşının məlumatları əsasında formalaşdırılıb. ABŞ kəşfiyyatı bu məlumatları etibarlı sayıb.


“Buzfid” nəşri isə artıq Rusiya xüsusi xidmət orqanlarının Trampa qarşı təxribat hazırlaması haqqında 35 səhifəlik hesabatı dərc edib. Hesabatın müəllifi qəzetə açıqlamasında bəyan edib ki, Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşlarından biri ona Federal Təhlükəsizlik Xidmətinin Trampı izləməsi haqqında məlumat verib. Müəllif bu barədə məlumatı 2013-cü ildə əldə etdiyini söyləyib. Rusiya xüsusi xidmət orqanları, özəlliklə, Trampın fahişələri dəvət etdiyi “Ritz Çarlton” otelini dinləyiblər./axar.az

Tramp isə hesabatı və ümumiyyətlə, yayılan informasiyaları yalan adlandırıb.

XeberBiz.az




Loading...

yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI