Azərbaycanlı oğlandan İstanbulda GÖZLƏNİLMƏZ ADDIM - VİDEO

13-11-2017, 07:25
  •     
  • Maraqlı
    |
  •  Oxunma: 6587


Yüzlərlə insanın arasında oğlanla qız dayanır. Oğlan cibindən üzük çıxardaraq qıza evlənmək təklif edir.
"XeberBiz" Xəzərxəbər-ə istinadən xəbər verir ki, maraqlı hadisə İstanbulda keçirilən 39-cu Avrasiya Marafonunda baş verib. Marafonun azərbaycanlı iştirakçısı Maqsud Məmmədov Asiya ilə Avropa qitələrini birləşdirən "15 iyul şəhidləri" körpüsünün üzərində dayanaraq sevgilisi Aynur xanıma evlilik təklifi edib.
Gözlənilmədən cibindəki üzüyü çıxararaq sevdiyi qıza doğru uzadan Maqsud Məmmədov onunla evlənmək istədiyini deyib. Sevgilisi Maqsuda yerindəcə "hə" cavabı verib.
Maqsud Məmmədov İstanbulda evlilik təklifi etməyi əvvəlcədən planlaşdırdığını və qitələri birləşdirən körpünün bunun üçün ən gözəl məkan olduğunu deyib.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI