Soyuqda isidib, istidə sərinlədən xüsusi parça hazırlandı– MARAQLI

15-11-2017, 07:30
  •     
  • Maraqlı
    |
  •  Oxunma: 7123


ABŞ-ın Stenford Universitetinin alimləri insanı soyuq havada isidən, isti havada isə sərinlədən xüsusi material hazırlayıblar.

Moderator.az xəbər verir ki, materialın hazırlanmasında xüsusi komponentlərdən istifadə edilib. Belə ki, daxili qatı nanoməsaməli polietilendən hazırlanan material temperatur artdıqda insan bədəninin istiliyini xaric edir. Sözügedən materialın xarici qatı isə şüalanma əmsalı aşağı olan mis tozlanmasından hazırlanıb. Bu texnologiya sayəsində parça soyuq hava şəraitində istiliyi udaraq özündə mühafizə edir. Bununla yanaşı, parça hava və buxar buraxaraq dəriyə sərinlik verir.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI