PARADOKS

AKTUAL

Dünyanın ən təhlükəsiz avtomobillərinin adları açıqlanıb

11-01-2018, 14:44
  •     
  • Maraqlı |
  •  Oxunma: 10043


Müstəqil qəza testlərinin keçirilməsi üzrə Avropa Təşkilatı (Euro NCAP) 2017-ci ilin ən təhlükəsiz avtomobilini müəyyənləşdirib. RİA “Novosti” yazır ki, qiymətləndirmə nəticəsində 6 kateqoriya üzrə ən yaxşı avtomobillər seçilib.

Təşkilat nümayəndəsinin sözlərinə görə, testlərdə yeni və yenilənmiş 70-ə yaxın avtomobil modeli iştirak edib və qiymətləndirmə sərnişinlər (o cümlədən, azyaşlı sərnişinlər) və piyadaların təhlükəsizliyi baxımından aparılıb.

"Premium" kateqoriyasında “Volskwagen Arteon” ən təhlükəsiz avtomobil hesab edilib.

"Kompakt krossover" kateqoriyasında "Volvo XC60" modeli, "Mini krossover"lərdən - “Volkswagen T-Roc” testin qalibi olub.

"B" sinfində (kiçik avtomobil) “Volkswagen Polo”, “Kompakt” sinfində “Opel Crossland X” birinci yeri tutub.

Ən təhlükəsiz "ailə avtomobili" isə “Subaru Impreza” və “Subaru XV” modelləri müəyyən olunub./musavat.com

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI