PARADOKS

AKTUAL

Sosial şəbəkələrdə məşhur olmağın 7 qızıl qaydası - Fotolar

12-01-2018, 11:27
  •     
  • Maraqlı |
  •  Oxunma: 10008


Artıq məşhur olmaq üçün istedadlı və ya varlı olmağınıza ehtiyac yoxdur. Sosial şəbəkələrdən istafadə etməyiniz bəsdir. Amma "fame" olmağın da öz qaydaları var. Yox əşi çoxlu pul və istedad olmasa da olar. Ən qızıl qayda yaxşı quşlamağı bacarmaqdır.

Sizə sosial şəbəkələrdə fenomen olmağın qaydalarını təqdim edir, buyurun yararlanın.

1. Əsas qayda intellektual olduğunuza hər kəsi inandırmaqdır. Bunun üçün günlərlə kitab oxumaq, rəsm əsərlərini və rəssamları tanımaq, film izləməyə ehtiyac yoxdur. Çünki bu cür dəyərli məlumatlarala bol olan sayıtlar və ən əsası "Wikipedia" mövcuddur. Ordan istənilən məlumatı paylaşıb özünüzü intellektual kimi təqdim edə bilərsiniz.
Sosial şəbəkələrdə məşhur olmağın 7 qızıl qaydası -

2. İlk qaydanı mənimsədikdən sonra bəyənmə sayınız durmadan artacaq. Bundan sonra artıq geyim tərzinizə və paylaşdığınız fotolara diqqət etməlisiniz. Məsələn, artıq qara və boz rəngdə geyinənlərə pis baxın və daha rəngli geyinməyə başlayın. Tatu və pirsinq arzuolunandır.
Sosial şəbəkələrdə məşhur olmağın 7 qızıl qaydası -

3. İndi isə "sizin nədən xoşunuz gəlir yox, sizi daha çox nə məşhur edə bilər" deyə düşünməyin vaxtıdır. Məsələn, yazıçı, şair, fotoqraf və ya rejissorluğu seçə bilərsiniz. Lakin bu seçimlər bir az demode və vaxt apardığı üçün sizə daha maraqlı və asan yöntəmlər təqdim etməyi özümüzə borc bilirik. Diqqət növbəti bəndlərə.
Sosial şəbəkələrdə məşhur olmağın 7 qızıl qaydası -


4. "Sosial şəbəkədə quşlamaq" sizi məşhur edən ən asan yollardan biridir. Bunun üçün gündəmi izləyin və hər kəsin fikrinə zidd bir fikir bildirin. Və təbrik edirik, siz artıq söyülürsünüz. Məşhurluğa gedən yol söyülməkdən keçir.
Sosial şəbəkələrdə məşhur olmağın 7 qızıl qaydası -

5. Əgər "bunu da bacarmaram" deyirsinizsə, o zaman bunun xırdalıqlarını sizə izah etmək bizim üçün şərəf olar. Məsələn, gündəmi izləmək mütləq vacibdir. Görürsünüzsə ki, gündəmi intihar xəbəri tutub və hər kəs ölən insanın ruhuna "rəhmət" oxuyur. Siz əksini edin, ölən adamı günhalandırın və təhqir edin.
Sosial şəbəkələrdə məşhur olmağın 7 qızıl qaydası -

6. Bir də video, yəni "vine"lar çəkməklə də tanınmaq olar. Bunun üçün ciddi zarafatlar etməyə ehtiyac yoxdur. Bir az düşük olmaq kifayət edir ki, artıq hamı sizi tanıyır. Hətta efirlərə də dəvət olunursunuz.
Sosial şəbəkələrdə məşhur olmağın 7 qızıl qaydası -

7. İndi xanımlar üçün "fame" olmaq əks cinsə nisbətən daha tez baş verir. Öncə "Fashion blogger", daha sonra "Momblogger" ola bilərsiniz. Bunun üçün sadəcə özünüzü fotoşopla düzəldib, dodaq büzüb foto çəkdirmək lazımdır. Az qala unutmuşdum. Bir də mütləq getdiyiniz kafe və restoranlardan fotolar çəkdirməyiniz də vacibdir. "Mamblogger"lər isə uşaq dünyaya gətirməsə də olar. Əsas olan, yaxşı məsləhətlərinizi fotolarınız altından yerləşdirin, kifayətdir.
Sosial şəbəkələrdə məşhur olmağın 7 qızıl qaydası -


Necə deyərlər, "fame" olanda görüşənədək.

XeberBiz.az



Mənbə:Qaynarinfo.az


yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI