PARADOKS

AKTUAL

Çoban "İnstagram"da ulduza çevrildi

16-04-2018, 08:44
  •     
  • Maraqlı |
  •  Oxunma: 10007


Dağıstanın dağlıq kəndindən olan Abdurəhman Kadinaev adlı bir çoban sosial şəbəkəyə qoşulub. Bu yaxınlarda o, İnstagram barədə öyrənib və qısa zamanda ulduza çevrilib.

Belə ki, sadə bir çobanın səhifəsi sosial şəbəkə istifadəçiləri arasında çox populyarlaşıb. Abdurəhman öz profilində dağ mənzərələrinin və yerli yeməklərin fotoşəkillərini paylaşıb, qoyun sürüsünün şəkllərini yerləşdirib. Eləcə də o, qonşu kənddən olan çobanlara səsli mesaj göndərə bilir. Abdurəhman lak dili və kulin dialektində danışır. Burada hər kəs bu danışığı anlaya bilməz. Bu dilin artıq min il yaşı var. Dağlara mobil rabitə, internet və smartfonların gəlməsi ilə buradakı həyatı çox dəyişib.

Sosial şəbəkələrdə Abdurəhman Kadinev, "Çoban" ləqəbi ilə tanınır. O, həqiqətən də Kuli kəndinin çobanı və baytarıdır. Yalnız son iki ayda 15 mindən çox adam onun profilinə abunə olub. O, öz profilində doğma torpaqları, dağlarda yaşanan həyat və onun çətinliyi barədə məlumat verir. Bu gün Dağıstanın dağlıq ərazilərində çobanlıq peşəsi demək olar ki, yoxa çıxıb. Gənclər çobanlığı nüfuzsuz və az gəlirli bir iş hesab edirlər.

Vaxtilə Kulin rayonuna gələn turistlərin də sayı azalıb. Yolların çətin olması və sivilizasiyanın olmaması bura marağı azaldıb. Lakin burada insan tərəfindən dəyişdirilməmiş təbiəti və əsl dağlıların necə yaşadığını görə bilərsiniz. Buranın əhalisi, xüsusilə gənclər iş axtarmaq üçün şəhərlərə üz tuturlar./moderator.az

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI