PARADOKS

AKTUAL

Dörd nəfərin yaşadığı ucqar rus kəndi: biri azərbaycanlıdır - FOTOLAR

12-06-2018, 10:34
  •     
  • Maraqlı |
  •  Oxunma: 10065

Rusiyanın Voronej şəhərindən olan jurnalistlər eyni adlı vilayətin tamamilə boşalmış kəndinə gedib çıxıblar.

Musavat.com-un regional KİV-lərə istinadən hazırladığı məlumata görə, Liskinsk rayonunun Novaya Qran adlı bu kəndində cəmi 4 nəfər yaşayır. Amma onların heç biri bu kəndin yerli sakinləri deyil.

Araşdırmalar nəticəsində məlum olub ki, çoxdan boşaldılmış, yerli sakinlərin də çoxdan tərk etdiyi bu kənddə yaşayan 4 nəfərin hamısı gəlmədilər. Ən maraqlısı isə odur ki, həmin sakinlərdən biri azərbaycanlıdır.

Yerli jurnalistlərin yazdığına görə, Şaiq adlı 33 yaşlı gənc əslən Qarabağdandır. Kənddə maldarlıqla məşğuldur. Hazırda 50 baş iribuynuzlu mal-qarası var.
“Şəhərdə (Voroneji nəzərdə tutur) yerlilərim var. Heç birinə də qaynayıb-qarışmıram, burada sakitlikdir. Səsiz-küysüz yerdir. Bir sözlə, bu kənddə yaşamaq rahatdır" deyə, Şaiq müxbirlərə deyib.

XeberBiz.az

Dörd nəfərin yaşadığı ucqar rus kəndi: biri azərbaycanlıdır -

yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI