PARADOKS

AKTUAL

Türk general: “Azərbaycan ordusu sürətlə inkişaf edir”

10-01-2017, 22:15
  •     
  • Siyasət |
  •  Oxunma: 149

Türk general:

Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu komandanı, ordu generalı Musa Avsever Azərbaycanın İstanbuldakı baş konsulluğunu ziyarət edib

Baş konsul Məsim Hacıyevlə keçirilən görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti, o cümlədən iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

M.Avsever Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasından narahatlığını ifadə edib. Bildirib ki, Azərbaycan Ordusunun modernləşərək sürətlə inkişaf etməsi Türkiyədə qardaş sevinci ilə qarşılanır. Qardaş ölkədə hərbi hissələrin yüksək standartlara uyğun qurulması olduqca qürurvericidir.

Azərbaycanın İstanbuldakı diplomatik nümayəndəliyini ziyarət etməsini ölkəmizə və xalqımıza rəğbət kimi dəyərləndirən M.Hacıyev Türkiyənin sürətli inkişafının ölkəmizdə məmnunluq doğurduğunu söyləyib. Baş konsul diqqətə çatdırıb ki, Azərbaycan xalqı bütün məsələlərdə, o cümlədən terrorçuluqla mübarizədə bundan sonra da Türkiyə xalqının yanında olacaq.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdikləri siyasi iradənin əhəmiyyəti yüksək dəyərləndirilib./axar.az

XeberBiz.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI