Putin daha bir Avropa ölkəsində qalib gəlmək üzrədir

12-10-2017, 19:20
  •     
  • Siyasət
    |
  •  Oxunma: 6173


Şərqi Avropanın ən inkişaf etmiş ölkəsi, Çexiyada Rusiya yanlıları hakimiyyətə gəlir
Oktyabrın 20-də Çexiya Respublikasında parlament seçkiləri keçiriləcək.


“Son rəy sorğuları Avropa Birliyinin əleyhinə olan və miqrantların ölkəyə gəlməsinə qarşı çıxan “Narazı vətəndaşların aksiyası” partiyasının (ANO) əminliklə qələbə qazanacağını göstərir”, - “Foreign policy” (Vaşinqton, ABŞ) jurnalında Adam Ereli qeyd edir.

Məqalədə 2017-ci ildə Çexiyanın əsasən Rusiyanın dəstəklədiyi oliqarxik rejimlər klubuna üzv olmaq təhlükəsinin yarandğı yazılıb.
“ANO” partiyasının lideri Andrey Babiş tərəfindən gətirilən dağıdıcı populizm bu ölkəni Putinin Qərbi daxildən zəiflətmək yolunda apardığı kampaniyanın növbəti qurbanına çevirir”,- müəllif qeyd edir.

Yazıda qeyd olunduğu kimi, Babiş Çexiyanın ən varlı adamlarından biridir. O, özündə kimyəvi məhsullar və kənd təsərrüfat malları istehsal edən 250 firmanı özünə birləşdirən “Agrofert” şirkətlər qrupunun sahibidir. “Forbes” jurnalı onun sərvətini 3,4 milyard dollar civarında qiymətləndirir. Babiş 2014-2017-ci illərdə Çexiyanın maliyyə naziri olub. Lakin vergidən yayınmaq ittihamı ilə üzləşdikdən sonra onu vəzifəsindən azad ediblər. Bundan başqa, parlament Babişi Avropa Birliyindən alınan subsiydiyalarda fırıldaqçılıq ittihamı ilə təqib altına alıb.
“Bütün bu uğursuz hadisəyə rəğmən, daha doğrusu, bunun sayəsində Andrey Babiş özünü və ANO partiyasını xalqın gözündə yüksəltməyi bacarıb. O seçicilərə Praqadakı bataqlığı (hazırkı sistem nəzərdə tutulur-red.) qurutmağı və hakmiyyəti xalqa qaytarmağı vəd edir. Onun bacarıqlı biznesmen və idarəçi reputasiyası həmişə seçiciləri cəzb edib. Bundan başqa Çexiya vətəndaşlarının Babişin immiqrasiyanı azaltmaq, maliyyə intizamını bərqərar etmək və Avropa ilə əlaqələri məhdudlaşdırmaq barədə sözlərinə həvəslə reaksiya verirlər. Təəssüf ki, Çexiyanın ümumi rifahı və Babişin şəxsi mənfəətləri arasında hüdudlar “ANO”-nun ağıllı marketinq siyasəti sayəsində tamamilə silinib”, jurnalist yazır..

Müəllif Adam Ereli Andrey Babişin Rusiyapərəst siyasət adamı olaraq tanınan Çexiya prezidenti Miloş Zemanla olduqca yaxın olduğunu, bu yaxınlığın həm Babişin şəxsi sərvətini artmasına, həm də onun partiyasının güclənməsinə kömək göstərdiyini vurğulayır.

“Məlum olduğu kimi Zeman Vladimir Putinin Suriyaya müdaxiləsini və Ukrayna işğalını dəstəkləyənlərdən biridir. Bundan başqa, o, Ukraynadakı hadisəsləri Rusiyanın işğalı olaraq deyil, üsyançılarla hökumət arasında vətəndaş müharibəsi kimi təqdim edir. Miloş Zeman Avropa Birliyi tərəfindən Rusiyaya qarşı sanksiyaların qoyulmasının əleyhinədir və bu sanksiyaları tez-tez qeyri-effektiv və səfehlik adlandırmaqdan çəkinmir”, məqalədə yazılıb.

Əgər Andrey Babiş hakimiyyətə gələrsə bu ilk növbədə hər zaman Ukraynanın yanında olan Çexiyanın yolunun Moskva istiqamətinə tərəf dəyişməsinə səbəb ola bilər.

XeberBiz.az



Mənbə:musavat.com


yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI