Soçidə mətbuat konfransı: Putin bizə müjdə verdi - Video

14-11-2017, 07:32
  •     
  • Siyasət
    |
  •  Oxunma: 9681


Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Rusiyanın Soçi şəhərindəki görüşü başlayıb.

Axar.az xəbər verir ki, Soçidə prezidentin iqamətgahında keçiriləcək görüş əvvəlcə fərdi, daha sonra nümayəndələrin iştirakı ilə baş tutacaq. Daha sonra isə liderlər mətbuat konfransı keçirəcək.

Liderlərin Suriyadakı münaqişəli vəziyyəti gözlənilir. Diqqət çəkən məqam isə Putinin təklifi ilə Suriya ilə bağlı konqresin təşkilidir ki, burada da suriyalı kürdlərin də yer alması gözlənilir. Bundan əlavə, İdlib və Afrində təhlükəsizlik bölgəsinin yaradılması gündəmə gətiriləcək.

Həmçinin ölkələr arasında enerji layihələri, ticarət əlaqələri və S-400 havadan müdafiə sistemləri ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Qeyd edək ki, daha öncə Türkiyə lideri Ərdoğan səfəri ilə bağlı açıqlamasında Dağlıq Qarabağ münaqişəsini Putinlə müzakirə etmək barədə fikrinin olduğunu bəyan edib.

Xatırladaq ki, liderlər sonuncu dəfə sentyabrın 28-i Ankarada bir araya gəlmişdi.

21:01

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən təkbətək görüş başa çatıb.

Axar.az xəbər verir ki, liderlərin Rusiyanın Soçi şəhərindəki görüşü 2 saat 10 dəqiqə davam edib.

23:26

Baş tutan görüşdən sonra liderlərin iştirakı ilə mətbuat konfrası keçirilib.

Axar.az xəbər verir ki, Ərdoğan bildirib ki, ikitərəfli əlaqələrin daha da gücləndirilməsi ilə bağlı razılıq əldə olunub:

“Putinlə 6-cı görüşümüz baş tutdu. Siyasi dialoqumuzla yanaşı, iqtisadi əlaqələrimiz də yüksəliş dövrünü keçirir. Martda səfərim zamanı kənd təsərrüfatı məhsullarının Rusiyaya daxil olmasına icazə verilməsi və vətəndaşlarımızın iş icazəsi ilə bağlı Putin bizə müjdə vermişdi. Bu müddət ərzində iqtisadi sahədə olan maneələrin aradan qaldırılması üçün fəaliyyətimizə davam etdik. Viza rejiminin əvvəlki qaydada sadələşdirilməsi xüsusi önəm kəsb edir”.

Suriya böhranına toxunan Türkiyə lideri onu əlavə edib ki, tərəflər siyasi həll prosesinə yaxın bir nöqtəyə çatmağı bacarıb.

Putin də öz növbəsində Rusiya-Türkiyə əlaqələrin böhrandan əvvəlki səviyyəyə çatdığını qeyd edib:

“Mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə etdik. Energetika sahəsində əməkdaşlığımıza yenidən nəzər saldıq. Hər şeydən öncə Türk Axınından bəhs etməyimiz lazımdır. Bundan əlavə, Akkuyu nüvə stansiyasının inşası ilə bağlı hər an inşaat işlərinə başlaya bilərik”.

Kreml rəhbəri onu da əlavə edib ki, Suriya böhranının həlli üçün tərəflər arasında dialoq mühiti formalaşdırılır.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI