Putin-Ərdoğan görüşünün nəticəsi: Lavrov Bakıya gəlir

14-11-2017, 13:16
  •     
  • Siyasət
    |
  •  Oxunma: 9328


Gələn həftə Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvan və Bakıya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın “168 Jam” qəzeti yayıb.

Lavrovun noyabrın 19-da Bakıda, 20-də isə İrəvanda olacağı bildirilir. Səfər zamanı əsas müzakirə mövzusu Qarabağ konflikti olacaq:

“Səfərlə bağlı iki versiya var. Lavrov Məmmədyarov-Nalbəndyan görüşü üçün effektiv gündəm formalaşdırmağa cəhd edə bilər. Digər tərəfdən isə Lavrov həmsədrlərin də dəstəklədiyi plan təqdim edə bilər”.

Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğan ötən gün Soçi səfəri öncəsi rusiyalı həmkarı ilə Dağlıq Qarabağ problemini müzakirə edəcəyini bildirsə də, görüşdən sonra hər iki liderin media açıqlamasında müzakirə olunan məsələlər sırasında Qarabağın adı çəkilmədi. Kremlin mətbuat katibi Peskov isə Ərdoğanla Putinin mediaya açıqlanmaya məsfi müzakirələr də keçirdiyini bildirdi.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI