PARADOKS

AKTUAL

“7 rayon qaytarılacaq, Dağlıq Qarabağa əvvəlki statusu veriləcək...” - Proqnozlar doğrulur?

1-10-2018, 16:03
  •     
  • Siyasət |
  •  Oxunma: 10078


"5-7 rayon qaytarılması məsələsi gerçəkləşə bilər. Görünür, Ermənistanın baş naziri Nikol Paşinyan ciddi və son xəbərdarlığı, biabırçı məğlubiyəti nəzərə alıb və sülhü seçib”.

BakuPost xəbər verir ki, bu sözləri İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq İlqar Altay deyib. Onun sözlərinə görə, Qarabağ ətrafı proseslərin gedişatı, müşahidə, analizlər bunu göstərir:

“7 rayon qaytarılacaq, Dağlıq Qarabağa əvvəlki statusu veriləcək...” - Proqnozlar doğrulur?

"Paşinyan çox çalışdı, heç olmasa, ətraf rayonlar Dağlıq Qarabağa müstəqillik verilməsi şərtilə qaytarılsın. Ancaq görünür, qəti tələb qoyulub ki, dərhal və qeyri-şərtsiz qaytarılsın. Bu da, düşünürəm ki, ermənilərin təxminən Dağlıq Qarabağı da itirməsi deməkdir. Belə getsə, Dağlıq Qarabağa yüksək status da çətin ki, verilsin. Çox güman ki, SSRİ vaxtındakı statusuna qaytarılacaq. Bu da yenidən insanlarımızın Şuşa, Xocalı və digər yurd-yuvalarına qayıtması deməkdir. Əgər hər hansı geosiyasi gözlənilməzlik baş verməsə...”

İ. Altay Qərbin bu proseslərdən tam kənarda olduğunu vurğulayıb.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI