PARADOKS

AKTUAL

“Prezident İlham Əliyevə dəstək əlaməti olaraq vəzifədən istefa verdim”

10-10-2018, 23:48
  •     
  • Siyasət |
  •  Oxunma: 10021



ATƏT-in seçkilərin müşahidə missiyası rəhbərinin siyasi məsələlər üzrə sabiq köməkçisi Vüqar Əhmədov nə işlə məşğuldur?

Vüqar Əhmədovun ATƏT-in seçkilərin müşahidə missiyası rəhbərinin siyasi məsələlər üzrə sabiq köməkçisi vəzifəsindən istefa verməsindən 6 ay keçir. Bu müddət ərzində belə bir təcrübəli həmvətənimizin hansı fəaliyyətlə məşğul olması bizə maraqlı gəldiyindən onunla əlaqə saxlamaq qərarına gəldik.
Vüqar Əhmədov "XeberBiz"-ə açıqlamasında bildirdi ki, hal-hazırda hər hansı fəaliyyətlə məşğul deyil, işlə bağlı hər hansı bir təklif almadığından müəyyən zamanını siyasi araşdırmalarla həsr edib. Hal-hazırda müəyyən beynəlxalq layihələr üzərində çalışmağı düşünür.
“Dövlət qurumları tərəfindən Sizə hər hansı bir iş təklifi oldumu” sualına cavabında Vüqar Əhmədov bildirdi ki, bu barədə hər hansı konret bir təklif olmadığından dəqiq bir söz deməyə çətinlik çəkir. Lakin bu istiqamətdə təklif olarsa, öz təcrübəsini bu yöndə sərf etməyə hazırdır.
Qeyd edək ki, Vüqar Əhmədov 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində ATƏT-in seçkilərin müşahidə missiyasının qərəzli hesabatına etiraz və Prezident İlham Əliyevə dəstək əlaməti olaraq ATƏT-in seçkilərin müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi vəzifəsindən istefa verib. Bundan öncə isə Vüqar Əhmədov uzun illər aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olub, müxtəlif beynəlxalq təşkilatlarda fəaliyyət göstərərək ölkəmizi uğurla təmsil edib.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI