PARADOKS

AKTUAL

“Məmurlar, monopoliyaya son qoyun” - DEPUTAT

12-01-2017, 13:56
  •     
  • SON XƏBƏR |
  •  Oxunma: 326

“Məmurlar, monopoliyaya son qoyun” -

“Məmurların qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması çox ciddi problemdir”.

XeberBiz.az bildirir ki, bu sözləri ANV.az-a danışan Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə söyləyib.


Onun sözlərinə görə, məmurların qanunsuz sahibkarlıq fəaliyyəti ölkə iqtisadiyatının inkişafına mane olan başlıca amillərdəndir:

“Bu məsələlər ciddi şəkildə araşdırılmalıdır. Məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olması qqəti qadağan olunmalıdır. İmkan verilməməlidir ki, onlar monopoliya yaratsınlar. Cənab Prezident İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib. Təəssüf ki, bəzi məmurlar bundan nəticə çıxarmırlar. Hesab edirəm ki, cənab İlham Əliyevin başlatdığı islahatlar və Nazirlər Kabinetinin dünən keçirilən yığıncağında söylədiyi fikirlər ölkə iqtisadiyyatının qarşısında geniş imkanlar açacaq. Bir neçə ilə biz ölkənin inkişafı istiqqamətində müsbət dəyişikliklərin şahidi olaacağıq”.

XeberBiz.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI