PARADOKS

AKTUAL

CNN Trampla azərbaycanlı milyarder Araz Ağalarovun əlaqəsindən yazdı

12-01-2017, 16:13
  •     
  • Gündəm |
  •  Oxunma: 321

yüklənir...

CNN

“Emin fantastik idi” – bunu yeni seçilən ABŞ prezidenti Donald Tramp 2013-cü ilin 11 noyabrında azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov haqda Twitterdə yazıb

Trampın bu tvitini Amerikanın CNN televiziyası “Trampın Rusiya əlaqələri budur” adlı yazısına nümunə kimi qoyub.

Yazının əvvəlində Trampın 2017-ci ilin 11 yanvarında yazdığı tvit gəlir: “Rusiya heç vaxt mənə təsir etməyə cəhd etməyib. Mənim Rusiya ilə etməli heç nəyim yoxdur- nə iş, nə kreditlər. Heç nə!”

Ancaq CNN yada salır ki, 2013-cü ildə Donald Tramp azərbaycanlı milyarder Araz Ağalarovla Moskvada Kainat Gözəli- “Miss Universe” yarışmasını keçirdi.

Həmin vaxta aid tvitində Donald Tramp Araz Ağalarova yazırdı: “Sizinlə və ailənizlə möhtəşəm həftəsonu keçirdim. Siz FANTASTİK iş gördünüz. Növbəti – Moskvada Trump Qülləsidir. Emin fantastik idi”.

Yeri gəlmişkən, CNN öz yazısında Eminin o vaxtki klipini yada salmır, ancaq Donald Trump Eminin klipində də çəkilib. Və buna görə heç bir qonorar istəməyib. Klipin qısa məğzi budur ki, şirkət rəhbəri (Trump) iclas keçirir, işçilərdən birinə (Eminə) deyir ki, "nə olub sənə?" "Emin, yuxudan oyan".

Sonda isə Trump məşhur ifadəsini işlədir:"mən səndən bezdim. Sən işdən qovuldun"

Moskvada “Tramp Qülləsi”nə gəldikdə, CNN yazır ki, “bu qüllə tikilməmiş yıxıldı”. CNN Moskvada bu adda sona çatmış layihə tapa bilmədi”.

CNN Trampın Rusiya ilə əlaqələri haqda bütün mümkün məlumatları toplayıb. Növbəti fakt mətbuatdan çoxdan məlumdur –“Tramp Palm Beach”dəki villasını Rusiyalı milyarder Dmitri Rybolovlevə 95 milyon dollara satıb.

CNN-in Trampın Rusiya əlaqələrinə çəkdiyi digər misal, “Bayrock Group” şirkətinin Floridada və Nyu Yorkda Tramp binalarının tikintisini maliyyələşdirməsidir. “Bayrock Group”u keçmiş SSRİ miqrantları yaradıb. Bu şirkət Rusiya və Qazaxıstandan olan maliyyə ilə işləyir. (Azadlıq radiosu)

XeberBiz.az




Loading...

yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI