PARADOKS

AKTUAL

Jurnalisti təhqir edən direktor cəzalandı? – Rəsmi

10-10-2017, 21:54
  •     
  • Gündəm
    |
  •  Oxunma: 7773


Jurnalisti təhqir edən Maştağa qəsəbəsi, 187 saylı məktəbin direktoru Nailə Məmmədova şiddətli töhmət alıb.

Bu barədə Axar.az-a sözügedən məktəbə yaxın olan mənbədən məlumat verilib. Bildirilib ki, məktəb direktoru jurnalisti təhqir etdiyi üçün onun ən yaxın adamı kimi tanınan müavini Ülviyyə Kazımova da işdən çıxarılıb. İddiaya görə, Ü.Kazımova jurnalisti təhqirin məsuliyyətini üzərinə götürdüyü üçün cəzalandırılıb.

Maraqlısı isə odur ki, o, 187 saylı məktəbdən uzaqlaşdırılsa da, qəsəbədə yerləşən 128 saylı məktəbə eyni vəzifəyə təyin edilib.

Qeyd edək ki, jurnalisti təhqir edən məhz Nailə Məmmədova özüdür və direktor mediaya açıqlamasında bunu təqdiqləyib. Məsələ ilə bağlı Bakı Təhsil İdarəsi Axar.az-ın sorğusuna verdiyi cavabda məlumatı qismən təsdiqləyib. Təhsil İdarəsindən bildiriblər ki, sözügedən məktəbin sabiq təsərrüfat işləri üzrə direktor müavini Kazımova Ülviyyə Məmməd qızı 22.11.2015-ci il tarixdə ərizəsi nəzərə alınaraq, məktəbin müvafiq əmrinə əsasən tutduğu vəzifədən azad edilib: “Bakı şəhəri 128 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini isə yaş həddinə çatması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə 2016-2017-ci tədris ilinin sonunda xitam verilib.

Məlumat üçün bildiririk ki, hazırda Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul müsahibə yolu ilə həyata keçirilir. Müvafiq vəzifəyə işə qəbul üçün müraciəti nəzərə alınaraq Kazımova Ülviyyə Məmməd qızı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəvət olunub və onunla müsahibə aparılıb. Müsahibənin nəticəsi qənaətbəxş olduğundan, onun Bakı şəhəri 128 nömrəli tam orta məktəbə təsərrüfat işləri üzrə direktor müavini təyin olunmasına razılıq verilib”. Maraqlıdır ki, 2015-ci ildə işdən azad edildiyi bildirilən direktor müavini haqda 187 saylı məktəbdə təhsil alan şagirdlərin valideynləri bir neçə gün əvvəl işdən çıxan şəxs kimi məlumat veriblər. Bakı Təhsil İdarəsindən həmçinin o da bildirilib ki, sözügedən olayla bağlı Nailə Məmmədova barədə araşdırma davam edir və nəticəsi elan ediləcək.

Xatırladaq ki, N.Məmmədova 29 avqust tarixində 187 saylı məktəbdəki qanunsuzluqlarla bağlı redaksiyaya daxil olan şikayət məktubuna münasibət öyrənmək istəyən jurnalisti təhqir etmişdi və səs yazısı da həmin gün yayılmışdı. Həmin tarixdən də Təhsil Nazirliyi araşdırmaya başladığını bildirib.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI