PARADOKS

AKTUAL

Prezident hakimi işdən çıxardı: Qanunvericiliyin pozulması...

11-01-2018, 20:04
  •     
  • Gündəm |
  •  Oxunma: 10025


Prezident İlham Əliyev Sabirabad Rayon Məhkəməsinin hakimi T.B.Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

"XeberBiz" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:

Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Bəhrəm oğlu Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin”.

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI