PARADOKS

AKTUAL

ABŞ Suriya məsələsində Türkiyə ilə razılaşdı - Münbiç türklərə verilir

12-03-2018, 13:36
  •     
  • Gündəm |
  •  Oxunma: 10034


Türkiyə ilə ABŞ arasında qurulan ortaq Suriya komissiyası ötən həftə keçirdiyi toplantıda YPG terror təşkilatının Münbiç bölgəsindən çıxarılmasına dair razılaşma əldə edib

Bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə amerikalı həmkarı Reks Tillerson arasında 23 fevral tarixində Ankarada baş tutan görüşdə Suriyadakı gərgin vəziyyətə həll yolu tapmaq üçün yaradılan ortaq komissiyanın Vaşinqtonda ilk toplantısı gerçəkləşib. Toplantıda ABŞ tərəfi kürd terrorçuları Münbiçdən çıxararaq Fıratın şərqinə değru göndərməyi qəbul etdiyini bildirib. YPG-lilərin bölgədən nə zaman çıxarılması isə növbəti toplantıların müzakirə mövzusu olacaq.

ABŞ-ın Münbiç qərarını tətbiq edəcəyi təqdirdə Ankara-Vaşinqton xəttində artan gərginliyin azalacağı gözlənilir. Ancaq ABŞ YPG terror təşkilatını bölgədən çəkilməyə razı salmaqda təlaşlıdır.

Növbəti aylarda təşkil edilməsi planlaşdırılan toplantıların digər bir mövzusu isə Türkiyənin Rusiyadan aldığı S-400 havadan müdafiə sistemi olacaq.(Publika.az)

XeberBiz.az





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI