PARADOKS

AKTUAL

Bakıda daha bir süpürgəçi qadın avtomobillə vuruldu - FOTO

15-04-2018, 20:15
  •     
  • Gündəm |
  •  Oxunma: 10016


Bakıda daha bir yol təmizləyən qadın avtomobillə vurulub.

"BakuPost” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və foto paylaşılıb. Məlumata görə, hadisə Atatürk prospektində baş verib. Belə ki, 15:00 radələrində avtomobil hələlik şəxsiyyəti məlum olmayan qadını vurub. O, hadisə yerində keçinib. Hadisə şahidləri iddia edirlər ki, vurulan qadın süpürgəçidir. Onun əynində süpürgəçilər üçün yeni verilən jiletdən olub. Lakin polislər jileti çıxarıblar.

Məlumat üçün bildirək ki, martın 28-də aeroport yolunda süpürgəçi Cəmilə Salahova yol süpürərkən "Kamaz”la vurularaq öldürülmüşdü. İctimai qınaqdan sonra Bakı şəhər Dövlət Yol polisi İdarəsinin təşəbbüsü ilə küçələri süpürən və təmizləyən işçilərə xüsusi jiletlər verilmişdi.

XeberBiz.az

Bakıda daha bir süpürgəçi qadın avtomobillə vuruldu - FOTO





yüklənir...

Son Xəbərlər

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI